Arxiv
11 İyun 2021, 14:35 | AKTUAL
Gömrük Komitəsindən xanım sahibkarın ittihamlarına CAVAB

Ötən gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva tərəfindən gömrük orqanlarına qarşı həqiqətə uyğun olmayan, əsassız iddialar səsləndirilib. Sahibkar idxal etdiyi bioloji fəallığa malik qida əlavələrinin rəsmiləşdirilmə prosesi zamanı gömrük orqanları tərəfindən malın gömrük dəyərinin qanunsuz şəkildə artırıldığını iddia edib.


Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, həmin qida əlavələrinin rəsmiləşdirilməsi üçün “Ambiance Med” MMC-nin təqdim etdiyi “Gömrük bəyannaməsi”ndə göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı şübhə yaranıb və müvafiq araşdırma aparılıb. 


Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır.


Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir.


Qanunvericiliyə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var.


“Ambiance Med” MMC-nin təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində bu şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsi müəyyən edilib. Aşkar olunan risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbləri əsas götürülüb.


Qanunun 16-cı maddəsinə  əsasən, gömrük dəyəri malların daxili bazarda satış  qiymətləndirilməsinə uyğun olaraq dəyərin çıxılması üsulundan istifadə edilməklə müəyyən edilir.  Dəyərləndirilən malların  çıxılmış dəyərini müəyyən edərkən bu mallarla eyni və ya təqribən eyni vaxtda  idxal olunmuş  eyni və eynicinsli  malların  bir vahidinin Azərbaycan Respublikasındakı satış  qiyməti müqayisə  üçün əsas kimi götürülür.


Prosesin şəffaf şəkildə həyata keçirilməsi üçün 5 iyun 2021-ci il tarixində  Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilib və ekspert rəyi gömrük orqanlarının şübhələrini təsdiqləyib.


Malların qiymətini müəyyən etmək üçün “Azərekspertiza” Birliyinin 7 iyun 2021-ci il tarixli, 75 №-li ekspertiza aktına əsasən, “Ambiance Med” MMC tərəfindən idxal edilən:


“İmuno Sitoz” №30 - faktura dəyəri 0,65 Avro, yəni bəyannamənin təqdim olunduğu günün məzənnəsinə görə 1, 35AZN, ekspertiza aktına görə isə 19 AZN-dir;


“Solefarin İmuno” №15 - faktura dəyəri 1 avro, həmin günün məzənnəsinə görə 2,07 AZN, ekspertiza aktına görə isə 14,5 AZN-dir;


“Presnora SolePharm” №30 - faktura dəyəri 0,75 avro, həmin günün məzənnəsinə görə 1,55 AZN, ekspertiza aktına görə isə 18 AZN-dir;


“Denomaks” №30 - faktura  dəyəri 0,94 avro, həmin günün məzənnəsinə görə 1,95 AZN, ekspertiza aktına görə isə 19,5 AZN-dir.


"Ekspertizanın rəyindən də göründüyü kimi, faktura qiymətləri ilə sonrakı satış qiymətləri arasında kəskin fərqlər var. Faiz nisbətində isə bu fərqlər 850, 1000, 1200 faizdir.


“Ambiance Med” MMC tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyərinin müəyyənləşdirilməsi prosesində həmin şirkətin rəhbəri Elnarə Əliyeva ilə Komitənin aidiyyəti strukturlarının rəhbərləri arasında dəfələrlə müzakirə aparılıb, qanunvericiliyin tələbləri izah olunmaqla onun iddialarına ətraflı cavab verilib.


Lakin sahibkarın hər dəfə gömrük orqanlarına qarşı əsassız iddialar irəli sürməsi, kütləvi informasiya vasitələrinin imkanlarından yararlanaraq yanlış məlumat və şərhlərlə gömrük orqanları, onun rəhbərliyində təmsil olunan şəxslər barəsində mənfi rəy formalaşdırması, bununla da dövlət qurumuna təzyiq göstərməyə cəhd etməsi yolverilməzdir.

Dövlət Gömrük Komitəsi hər zaman faktlarla əsaslandırılan, ümumi işə fayda gətirən tənqid və iradlara açıqdır. Lakin  gömrük qanunvericiliyi, gömrük işinin təşkili haqqında bilik və bacarıqlara malik olmayan bəzi “ekspertlər”in və ya cəmi bir idxal əməliyyatını qanunları tapdalayaraq həyata keçirməyə çalışan “sahibkar”ın irəli sürdüyü böhtan xarakterli iddialar, bəzi media qurumları vasitəsilə təşkil edilən sifarişli müzakirələr gömrük orqanlarının qanuni fəaliyyətinə kölgə sala bilməz.

Dövlət Gömrük Komitəsi daim qanuni ticarəti dəstəkləyir və sahibkarları qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərməyə çağırır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?