Modern.az

“Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır”

“Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır”

12 İyun 2021, 22:04

"Saxlanılan ermənilərin ölkələrinə təhvil verilməsi və Azərbaycanın minalarla bağlı zəruri materiallarla təmin olunması Cənubi Qafqazın üç ölkəsi arasında əlaqələrin sadəcə başlanğıcıdır".

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

 

O bildirib ki, Azərbaycanın sərbəst buraxdığı ermənilər artıq Ermənistan ərazisindədir.

 

“İlk addım atılıb, Azərbaycan tərəfi münaqişə zamanı saxlanılmış 15 Ermənistan vətəndaşını Gürcüstan ərazisi ilə Ermənistana təhvil verib. Onlar artıq Ermənistan ərazisində, ailələrinin yanındadırlar. Ermənistan isə Azərbaycanı minaların təmizlənməsinin sürətləndirilməsi və təhlükəsizlik üçün müvafiq materiallarla təmin edib. Düşünürəm ki, bu, Cənubi Qafqazın hər üç ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan arasında və əlbəttə ki, xüsusilə də strateji tərəfdaşımız ABŞ-ın aktiv iştirakı ilə çox vacib əlaqələrin sadəcə başlanğıcıdır”, - deyə D.Zalkaliani bildirib.

 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı