Modern.az

Seyran Ohanyan: “İcevan-Berd yolu Azərbaycanın nəzarətinə veriləcək...”

Seyran Ohanyan: “İcevan-Berd yolu Azərbaycanın nəzarətinə veriləcək...”

13 İyun 2021, 15:58

Ermənistanın keçmiş müdafiə naziri, Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokundan namizəd Seyran Ohanyan (“Axsaq Seyran”) bildirir ki, Paşinyan hökuməti “şifahi razılaşma” əsasında İvevan-Berd və ya İcevan-Noyemberyan avtomobil yoluna nəzarəti Azərbaycan tərəfinə verəcək.

 

Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Ohanyan bunu Noyemberyanda seçicilər qarşısında təbliğat çıxışı zamanı deyib.

 

O, “son vaxtlar dolaşan şaiyələrə” əsaslanıb. Bildirib ki, yolun Azatamut və Voskepar kəndlərindən keçən hissəsi Azərbaycanın nəzarəti altına düşəcək, özü də heç bir ilkin şərt olmadan.

“İndiki hakimiyyətin sözlərinə görə, yolun həmin hissələri verilməlidir, çünki orada azərbaycanlıar yaşayıb”,-Ohanyan bildirib.

 

Ona görə də Ohanyan əmindir ki, bunun qarşısını almaq üçün hökmən indiki hakimiyyət getməlidir. O, uduzmuş hakimiyyətin “müəyyən hərəkətlərə məcbur edildiyini və bundan sonra da ediləcəyini” bildirir. Ohanyana görə, hazırda təkcə Sünik və Qeqarkunik vilayətləri üçün deyil, Tavuş vilayəti üçün də “təhlükə yaranıb”. Situasiyanı isə ancaq “yeni qüvvələrin hakimiyyətə gəlişi” xilas edə bilər.

 

Xatırladaq ki, müxalifət Paşinyanı bundan əvvəl də dəfələrlə Azərbaycanla gizli razılaşma əsasında Qazaxın 90-cı illərin əvvəllərində işğal edilmiş kəndlərini geri qaytarmağa hazırlaşmaqda ittiham ediblər. Paşinyan bir gün əvvəl Tavuş vilayətində seçicilər qarşısında deyib ki, belə razılaşma yoxdur və olmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü