Arxiv
14 İyun 2021, 13:26 | AKTUAL
Birləşmiş Krallıqdakı azərbaycanlıların Koordinasiya Şurası təsis edilib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb. 

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində  Dövlət Komitəsinin gördüyü işlər barədə məlumat verib və diasporumuzun 44 günlük müharibə dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşmələrini yüksək qiymətləndirib. 

 

Komitə sədri bildirib ki: “Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması dövlətimizin diaspor siyasətinin prioritet istiqamətlərindəndir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti nəticəsində Qarabağda qazandığımız tarixi qələbə soydaşlarımız arasında təşkilatlanma meyillərini daha da gücləndirib. Bu günlərdə həyata keçirilən “Yaşat” xeyriyyə marafonunda diasporumuzun göstərdiyi fəallıq buna bariz nümunədir və bu hər birimizdə sonsuz  qürur hissi yaradıb. Bundan sonra xaricdəki hər bir azərbaycanlı dövlət müstəqilliyimizin qorunması, ölkəmizin dünyada tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması istiqamətində çalışmalı, koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər”. 

 

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son 3 ildəki fəaliyyətinə dair videohesabat təqdim olunub, Azərbaycan diasporunun 44 günlük müharibə dövründəki fədakarlığını  və “Yaşat” xeyriyyə  marafonunda yaxından iştirakını əks etdirən videoçarxlar  nümayiş olunub.

 

Görüşdə nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət təmsilçiləri iştirak edib. Çıxış edənlər təşkilatlanmanın, lobbiçilik istiqamətində fəallaşmanın əhəmiyyəti, ölkəmizlə bağlı məlumatların qərb və Avropa mediasında işıqlandırılmasının vacibliyi barədə danışıb, Qarabağda qazandığımız qələbənin onlarda böyük ruh yüksəkliyi yaratdığını, Birləşmiş Krallıqdakı Azərbaycan diasporunun bu gündən etibarən daha mütəşəkkil fəaliyyət göstərəcəyini bildiriblər.

 

4 saatdan artıq davam edən dərin və maraqlı müzakirədə  Şuranın yol xəritəsi cızılıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın  təklifləri dinlənilib. Müzakirələrin nəticəsi olaraq Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul edilib, Ali Tekin Atalar, Fəridə Pənahova, Murad Nağıyev, Hafiz Baxşəliyev, Savaş Mərəndli, Nərgiz Morrison və Pərvanə Ağazadə Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib.

 

Toplantı diaspor himninin səsləndirilməsi ilə başa çatıb. 

 

Xatırladaq ki,  Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası son 3 ildə xarici ölkələrdə yaranan sayca 13-cü Koordinasiya Şurasıdır. Hazırda 29 ölkəni əhatə edən 13 Koordinasiya Şurası fəaliyyət göstərir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir erməni hərbçinin cəsədi tapıldı 5 Avqust 2021, 18:13 Rusiyada yaşayan azərbaycanlı gənclər humanitar aksiya keçdi 5 Avqust 2021, 18:10 Ağ Evdə maraqlı hadisə: Hamı viski şüşəsi axtarır 5 Avqust 2021, 18:06 Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi 5 Avqust 2021, 17:50 Rusiya XİN: Bakı KTMT-yə qoşulmaq üçün müraciət etməyib 5 Avqust 2021, 17:46 Jurnalistlər üçün keçirilən təlim başa çatdı   5 Avqust 2021, 17:36 Türkiyəyə hava müjdəsi: Yağış yağacaq 5 Avqust 2021, 17:32 Rusiya sərhəddəki hadisələrə görə narahatdır 5 Avqust 2021, 17:29 İranın yeni prezidenti and içdi 5 Avqust 2021, 17:29 Dolların sabaha olan məzənnəsi   5 Avqust 2021, 17:26 Rusiyalı turistləri axtaran helikopter qəzaya uğradı - Ölən var 5 Avqust 2021, 17:23 “Kubinka”da əməliyyat: Heroin satan Bibiqulu SAXLANILDI 5 Avqust 2021, 17:18 Paşinyanın istefasını tələb edən generalın yerinə TƏYİNAT 5 Avqust 2021, 17:12 Çin virusa görə dərsləri təxirə salır 5 Avqust 2021, 17:04 Bu ölkə Azərbaycanla hava sərhədlərini BAĞLAYIR 5 Avqust 2021, 16:54 ABŞ-da yoluxma sayı ən yüksək həddə çatdı 5 Avqust 2021, 16:50 “Bayraktar” 103 yanğın yerini aşkarladı 5 Avqust 2021, 16:41 İsrailin Müdafiə naziri: İranı vurmağa hazırıq 5 Avqust 2021, 16:36 “Uber” son 3 ayı 500 milyon dollar zərərlə BAŞA VURUB 5 Avqust 2021, 16:33 “Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək 5 Avqust 2021, 16:32 Eldəniz Səlimova deputat maaşı veriləcək 5 Avqust 2021, 16:22 Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi tələb olunacaq 5 Avqust 2021, 16:19 “Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan 5 Avqust 2021, 16:15 Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub 5 Avqust 2021, 16:00 Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar  5 Avqust 2021, 15:55 Vüqar Səfərlinin işi məhkəmə baxışına verildi - YENİLƏNİB 5 Avqust 2021, 15:47 Prezident yol tikintisinə pul ayırdı   5 Avqust 2021, 15:40 Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ 5 Avqust 2021, 15:36 Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb 5 Avqust 2021, 15:28 Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə QOŞULDU 5 Avqust 2021, 15:26 Bakıda yol qəzası sıxlıq yaratdı    5 Avqust 2021, 15:23 “Hindistan regionda qorxutmaq xətti yürüdür” – Səfir 5 Avqust 2021, 15:14 Yardımlıdakı meşə yanğını söndürüldü 5 Avqust 2021, 15:00 Sərdar Cəlaloğlu: “Mən çıxış edəndə yazırlar ki, boş-boş danışma” - MÜSAHİBƏ 5 Avqust 2021, 14:56 Ermənistan parlamenti vitse-spiker seçə bilmir 5 Avqust 2021, 14:53