Modern.az

Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO

Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO

Aktual

14 İyun 2021, 21:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

 

Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.

 

Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.

 

Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.

 

***

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

 

Modern.az xəbər verir ki, Türkiyə və ABŞ liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.

 

Qeyd edək ki, iki lider arasında görüş Türkiyə vaxtı ilə saat 18.00-a təyin edilsə də, sonradan 1 saat geri çəkilib.

 

Görüşdən sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir