Modern.az

Ərdoğanın Bakıda futbol matçını izləməsi də dünyaya ayrıca mesajdır - Deputat

Ərdoğanın Bakıda futbol matçını izləməsi də dünyaya ayrıca mesajdır - Deputat

Aktual

15 İyun 2021, 13:52

“Yaxın keçmişə nəzər salsaq, Azərbaycan bir çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir. Bu yarışlar sırasında “Bakı-2015” I Avropa Oyunları, “Bakı-2016” 42-ci Dünya Şahmat Olimpiadası, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları, eyni zamanda artıq 5-ci dəfə keçirilərək uğurla yekunlaşmış “Formula-1 Bakı Qran Prisi”ni qeyd edə bilərik. Adı çəkilən idman yarışlarının keçirilməsindən sonra qazanılan təcrübə, həm tərəfdaş olan idman təşkilatları, həm də digər ölkələr tərəfindən yüksək səviyyəli təşkilatçılığın bəyənilməsi artıq nüfuz cəhətdən böyük qazancdır. Ölkə rəhbərinin uğurla davam etdirdiyi siyasi kursun, formalaşdırılan beynəlxalq əlaqələrin nəticəsidir ki, Azərbaycan Avropanın 11 nüfuzlu ölkə siyahısındadır. Çünki keçirilən yarış öz növbəsində dünya miqyaslı tanınma, əlaqələrin artması, ölkəyə turistlərin cəlb edilməsi, iqtisadiyyata olan müsbət yararlar kimi faydalar gətirir”.


Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman yarışları haqqında danışarkən deyib.


Onun sözlərinə görə, ölkə rəhbərliyinin siyasi sərtiştə və nüfuzu “Formula-1” yarışı və “AVRO-2020” oyunlarının paytaxt Bakıda keçirilməsi üçün əsaslı zəmin yaratdı:


“Azərbaycan 44 günlük bir müharibə dövrünü geridə qoydu. Düşmənlə aparılan sözügedən müharibə, həm də virusla mübarizə dövrü olan pandemiyaya rast gəldi. Hər iki amil kifayət qədər səbəb yaradırdı ki, təşkilatçı idman qurumları tərəfindən bu yarışların keçirilməsi təxirə və ya ləğv edilsin. Lakin bu gün şahidi oluruq ki, ölkəmiz üçün belə bir xoşagəlməz hal baş vermədi. Ölkə rəhbərliyinin siyasi sərtiştə və nüfuzu “Formula-1” yarışı və “AVRO-2020” oyunlarının paytaxt Bakıda keçirilməsi üçün əsaslı zəmin yaratdı.

Xüsusilə pandemiyanı qeyd etmək lazımdıri, bildiyiniz kimi, bütün dünyada hazırda koronavirusla mübarizə davam edir və hər bir ölkə, qurum və ya digər təşkilatların müvafiq olaraq ciddi gözlənti və təlimatları vardır. Elə məhz UEFA-nın da Avropa Çempionatının keçirilməsində xüsusi standartları və tələbləri vardır ki, dünyada tüğyan edən virusla mübarizə dövründə Azərbaycan bu standartları tam qarşılamaqla, pandemiya dövrünün şərtlər və ölkədəki sanitar-gigiyenik qaydalar çərçivəsində çağırışların tələblərinə əməl etməklə yarışları ölkəmizdə yüksək səviyyədə təşkil edir.

“AVRO-2020” Futbol çempionatının Bakıda keçirilməsində olan bir digər əsas amil isə Türkiyə və Azərbaycan qardaşlığının burada da nümayiş etdirilməsidir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfər etməsi, ölkə başçısı cənab Prezident İlham Əliyevlə birgə Türkiyə yığmasının oyununu izləməsi bir daha bütün dünyaya iki dost və qardaş ölkənin daim birgə olduğunu nümayiş etdirəcək. Belə ki, həm müharibə dövründən əvvəl, həm də müharibə dövründə daima birgə olan iki qardaş ölkə bu gün də birgədir və gələcək üçün birlikdə addımlayır”.



Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu