Modern.az

İranda son sutkada COVID-19-dan 134 nəfər öldü

İranda son sutkada COVID-19-dan 134 nəfər öldü

15 İyun 2021, 14:42

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 134 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

 

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 82 351 nəfərə yüksəlib.

 

İranda ötən sutka ərzində 10 216 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 049 648 nəfərə çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir