Modern.az

Türkiyə Qarabağda təhlükəsizliyin təminatçısı olacaq - Millət vəkili

Türkiyə Qarabağda təhlükəsizliyin təminatçısı olacaq - Millət vəkili

Parlament

16 İyun 2021, 12:46

“Azərbaycan-Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində bütün sahələri əhatə olunub, bu sənəd gələcək işlər üçün bir cığır rolunu oynayır”.

Bunu Modern.az saytına Türkiyə Böyük Millət Məclisinin deputatı Yaşar Karadağ dünən iki qardaş ölkə arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” haqqında danışarkən deyib.


Onun sözlərinə görə, bundan sonra deyə bilərik ki, Türkiyə Qarabağda təhlükəsizliyin təminatçısı olacaq:

 

“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu hər sahədə Türkiyənin  dəstəyi ilə çox böyük bir Zəfər qazandı, Vətən torpaqları işğaldan azad edildi. Azad edilmiş torpaqların yenidən dirçəldilməsi ilə bağlı həm Azərbaycan və Türkiyənin, həm də Türk dünyasının üzərinə böyük məsuliyyət düşür.
10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu maddəsi nəqliyyat dəhlizinin  açılmasını nəzərdə tutur. Bu da Naxçıvanın Azərbaycanın digər ərazilərinə birləşməsi deməkdir. Bu, sadəcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük önəm daşıyır. Buna görə də, Türkiyə dövləti üçün bu maddə çox əhəmiyyətlidir.

Biz hər zaman Azərbaycanın yanında olmuşuq, hər zaman da olacağıq. Artıq Qarabağ bir Türk yurdudur.
Liderlər dünən bir daha bu mesajı birlikdə bütün dünyaya ünvanladılar”.


Millət vəkili deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri,  Şuşa Bəyannaməsinin imzalanması, Cıdır düzündə təşkil edilmiş xüsisi proqram bir daha sübut etdi ki, Türkiyə hər məsələdə Azərbaycanın yanındadır.

 

Aysel Məhərrəm

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir