Arxiv
16 İyun 2021, 16:35 | AKTUAL
Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir.

Modern.az xəbər verir ki, “Xalq sənətkarlığı” nəşrində Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yerlərdən birini tutan, onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı olan xalq sənətlərindən bəhs olunur. Ən qədim dövrlərdən zəmanəmizədək yaşayan bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir. Nəşrdə təqdim edilən materiallar bol xammal ehtiyatı ilə zəngin olan Azərbaycanın ayrılmaz hissəsi - Qarabağda bir çox sənət sahələrinin, o cümlədən ağacişləmə, baramaçılıq, başmaqçılıq, bədii tikmə, boyaqçılıq, culfaçılıq, daşişləmə, dəmirçilik, dəriçilik, dulusçuluq, dülgərlik, həsirçilik, xalçaçılıq və digər sənətlərin geniş yayıldığını, özünəməxsus inkişaf yolu keçdiyini nümayiş etdirir.

Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və Azərbaycan xalqının mədəni sərvətinin mühüm hissəsini təşkil edən musiqi irsi haqqında foto və məlumatlar “Musiqi” adlı nəşrdə cəmlənib. Təkrarsız maddi və qeyri-maddi mədəniyyət abidələri ilə seçilən Qarabağ Azərbaycan musiqisinin məbədi hesab olunur. XVIII əsrdə yaranmış Qarabağ xanlığı Azərbaycan ədəbiyyatı və incəsənətinin, xüsusilə də musiqi sənətinin inkişafına güclü təkan vermişdir. Toplunun Qarabağın musiqi irsinə aid olan nəşrində XIX-XX əsrlərdə cərəyan edən mürəkkəb mədəni-tarixi proseslərdə, regionun mənəvi mühitinin inkişafında, Şərq-Qərb musiqi dialoqunun formalaşmasında Qarabağ musiqiçilərinin müstəsna rol oynaması faktı ortaya qoyulur. Nəşrdə Qarabağın aşıq mühiti, muğam, bəstəkarlıq və vokal məktəbləri barədə məlumat və fotolar təqdim edilir.


“Ədəbiyyat” nəşrində Qarabağda xalqımızın yaratdığı, qədim və zəngin mədəniyyətin bir qolunu təşkil edən mədəni sərvətlər, söz və sənət nümunələri haqqında məlumatlar diqqətə çatdırılır. Əsrlər boyu Qarabağda Azərbaycan incəsənətinin müxtəlif sahələri: xalq musiqisi, aşıq sənəti, muğamat və ifaçılıq xüsusi inkişaf yolu keçmişdir. Şifahi xalq ədəbiyyatı nümunələrində Qarabağ ərazisindəki yer adları bu torpaqların Azərbaycan möhürüdür. Azərbaycanın yazılı ədəbiyyatında Qarabağ mövzusu geniş yer tutmuşdur. Nəşrdə Qarabağlı şair və yazıçılar barədə məlumatlar və fotolar təqdim edilir.


“Memarlıq” haqqında nəşrdə Azərbaycan ərazisində mövcud olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv baxımından zənginliyi barədə məlumatlar toplanıb. “Qarabağın mədəni irsi” toplusunun bu bölməsində zamanın tələblərinə uyğun yaradılan memarlıq nümunələri haqqında məlumatlar fotolar və qrafik rəsmlər vasitəsilə diqqətə çatdırılır.


Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan vermişdir. Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. “Xalçaçılıq” nəşrində Qarabağ ərazisində xalçaçılığın yaranma tarixi, xalçaların işlənmə texnikası, Qarabağ xalça qrupunun xarakterik xüsusiyyətləri, bu bölgədə toxunan xalçaların səsi-sorağının bütün dünyadan gəldiyi qeyd olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Karantin toyları: Gənclərin arzusu, yoxsa pul hərisliyi? 4 Avqust 2021, 13:49 Azərbaycanda yemişin yeni sortları yaradıldı - FOTO 4 Avqust 2021, 13:48 Məhərrəm ayının başlanma tarixi AÇIQLANDI 4 Avqust 2021, 13:42 Bakıda 2 marşrutun hərəkət istiqaməti dəyişdirilir 4 Avqust 2021, 13:36 Polis Bakıda reyd keçirdi - Sürücülərə xəbərdarlıq edildi 4 Avqust 2021, 13:30 Boksçumuza bürünc medal təqdim olundu 4 Avqust 2021, 13:24 Saatlıda maşından 22 minlik oğurluq edildi   4 Avqust 2021, 13:18 Karantini pozan restoran sahibi 4 min manat cərimələndi 4 Avqust 2021, 13:12 “Jirinovski özünə hörmət qoymur, klounluq edir” 4 Avqust 2021, 13:06 ABB-dən milli paralimpiya komandasına dəstək! 4 Avqust 2021, 13:00 Arutunyan: “Rus qoşunları olmasaydı, vəziyyət tam başqa olacaqdı” 4 Avqust 2021, 12:57 Sabahın hava PROQNOZU 4 Avqust 2021, 12:53 Eldəniz Səlimovun mandat məsələsi necə olacaq?  4 Avqust 2021, 12:50 Qətlə yetirilən Sevinclə bağlı yeni faktlar: Əri ilə barışıbmış... 4 Avqust 2021, 12:45 Müdafiə Nazirliyindən kadr dəyişikliyi barədə iddialara CAVAB 4 Avqust 2021, 12:40 Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək 4 Avqust 2021, 12:36 Yeganə Əmiraslanovanın saxlanılması xəbərinə rəsmi REAKSİYA 4 Avqust 2021, 12:32 Lənkərandakı meşə yanğını söndürüldü 4 Avqust 2021, 12:26 Qaxda 21 yaşlı gənci ilan sancıb 4 Avqust 2021, 12:20 Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ 4 Avqust 2021, 12:14 Sərhədçilərimizi öldürən İran vətəndaşının məhkəməsi başlayır 4 Avqust 2021, 12:08 FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA 4 Avqust 2021, 12:02 Paşinyan Rəisinin andiçməsinə qatılacaq 4 Avqust 2021, 11:56 Deputat: “Eldəniz Səlimovla danışmamışam” 4 Avqust 2021, 11:50 Paşinyanın istefasını tələb edən general İŞDƏN ÇIXARILDI 4 Avqust 2021, 11:44 Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmadı 4 Avqust 2021, 11:38 Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR 4 Avqust 2021, 11:32 Ağdaşda “patı” əməliyyatı - saxlanılan var 4 Avqust 2021, 11:26 Makron ermənilərə müraciət etdi: “Həmişə yanınızdayıq” 4 Avqust 2021, 11:20 Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı 4 Avqust 2021, 11:15 Ermənistan parlamenti yeni vitse-spiker seçdi 4 Avqust 2021, 11:10 Avqustda hava necə olacaq? - Proqnoz 4 Avqust 2021, 11:04 Fəzail Ağamalı: “Eldəniz Səlimov islah olunmalıdır” - VİDEO 4 Avqust 2021, 10:58 Azərbaycan nefti ucuzlaşdı 4 Avqust 2021, 10:52 Lənkəranda "patı" satan qadın və 5 nəfər saxlanıldı 4 Avqust 2021, 10:46