Arxiv
17 İyun 2021, 00:30 | AKTUAL
Azərbaycan və Rusiya parlamentləri arasında iş planı imzalandı

Cari ilin 16 iyun tarixində Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, komissiyanın iclasına Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyasının Federal Şurasının sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

 

Tədbirdə Səfir Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İntizam, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Nizami Səfərov, Hesablayıcı, Mədəniyyət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü Mixail Zabelin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev, Hesablayıcı, Gənclər və idman, Əmək və sosial siyasət komitələrinin üzvü Sevinc Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hesablayıcı, Gənclər və idman komitələrinin üzvü Elnur Allahverdiyev, Rusiya tərəfindən isə Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin, Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Sosial siyasət komitəsinin sədri İnna Svyatenko, senatorlar Aleksandr Başkin, Sergey Arenin, Dövlət Dumasının deputatları Zaur Qekkiyev, Hacımurad Ömərov, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

İclasda ikitərəfli parlamentlərarası əlaqələrin hazırki vəziyyəti ilə bağlı məmnunluq ifadə olunmuş, onun gələcək inkişafı və genişləndirilməsi istiqamətində müxtəlif məsələlər müzakirə edilib. Bununla yanaşı, ölkələrimizin bir çox beynəlxalq parlament təşkilatları, o cümlədən MDB, AŞPA, ATƏT PA və s. çərçivəsində mövcud olan sıx əməkdaşlığı qeyd olunub.

 

Rusiya və Azərbaycan prezidentlərinin arasında olan inam və etimad, iki ölkənin parlament münasibətlərinin ildən-ilə genişlənməsi, Rusiyanın aparıcı xarici ticarət tərəfdaşlarımızdan biri olması həm Rusiya, həm də Azərbaycan deputatlarının çıxışlarında xüsusilə vurğulanıb.

 

10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatlarının əhəmiyyətini, İkinci Qarabağ müharibəsində şanlı qələbənin ölkə başçısı İlham Əliyevin güclü qətiyyəti və müdrik rəhbərliyi, eləcə də Azərbaycan ordusunun şücaəti və igidliyi nəticəsində əldə edildiyini qeyd edən Azərbaycan nümayəndə heyəti sözügedən bəyanatların imzalanmasında Rusiya Prezidenti Vladimir Putinin müstəsna rolunu önə çəkmiş, ölkəmizin hələ ki, qarşılaşdığı təhdidlərdən söz açmış, bölgədə faşizm və terrorçuluğa himayədarlıq siyasətindən əl çəkilməsinin zəruriliyini diqqətə çatdırıb.

 

Bundan əlavə, görüş zamanı ölkəmizdə rus dilinin geniş şəkildə tədris olunmasına və bu məsələdə ölkə rəhbərliyinin verdiyi dəstəyə görə Azərbaycan tərəfinə dərin minnətdarlıq ifadə olunub, iki ölkə arasında təhsil sahəsində mövcud olan uğurlu əməkdaşlıqdan bəhs edilib.

 

Eyni zamanda bəzi rusiyalı deputatların ölkəmizə münasibətdə əsassız və qərəzli mövqe tutması, Rusiya ilə sərhəddə yükdaşımalarla bağlı yaranan çətinliklər, Dağıstan Respublikası ərazisində Azərbaycan dilinin tədrisi və dərsliklərin latın qrafikası ilə dərc edilməsi məsələlərinə dair Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.

  

İclasın sonunda Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Şurasının arasında İş Planı imzalanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Neftçi” Avroliqada ilk matçını qazana bilmədi 3 Avqust 2021, 23:06 FHN-in qrupu Denizlidə yanğınları söndürür 3 Avqust 2021, 22:41 Nazirlik rəsmisi yanğınla bağlı çağırış etdi 3 Avqust 2021, 22:15 Pentaqonda atışma: 1 nəfər öldü 3 Avqust 2021, 22:03 Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu 3 Avqust 2021, 21:42 Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO 3 Avqust 2021, 21:25 Ən populyar smartfon istehsalçıları məlum oldu 3 Avqust 2021, 21:01 FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR 3 Avqust 2021, 20:37 Peyvənd olunanların sayı açıqlandı 3 Avqust 2021, 20:28 Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR 3 Avqust 2021, 20:19 Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ 3 Avqust 2021, 20:15 İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi 3 Avqust 2021, 19:57 Türkiyədə 8 yanğın ocağı qalıb 3 Avqust 2021, 19:36 32 naməlum şəhid məzarının açılmasına qərar verildi - RƏSMİ 3 Avqust 2021, 19:11 Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 19:02 DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40