Modern.az

Gülüstan sarayı yaxınlığında yanğın - FOTO

Gülüstan sarayı yaxınlığında yanğın - FOTO

Aktual

17 İyun 2021, 23:52

Bu gün Bakıda axşam saatlarında Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində otlaq ərazidə yanğın baş verib.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən texnikası hadisə yerinə cəlb edilib. FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları APA-nın hadisə yerində olan müxbirinə bildirib ki, ilkin məlumata görə, əraziyə siqaret kötüyü atılıb və bu, yanğına səbəb olub.

 

Yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

 

Ətrafda olan heç bir ağac yanğın zamanı zərər görməyib.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi