Arxiv
18 İyun 2021, 22:40 | AKTUAL
Moldovada Nizami Gəncəvinin barelyefi qoyulacaq

İyunun 17-də ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Respublikasının paytaxtı Kişineu şəhərinin meri İon Çeban ilə Səfirlikdə görüşüb.

 

Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.

 

Bildirilib ki, səfirliyin təmir-tikinti işləri yekunlaşmış yeni kompleksi ilə tanış olan İ.Çeban kompleksin bir hissəsi olan kiçik bağçada Ulu öndər Heydər Əliyevin büstünün ucaldılması, Azərbaycan guşəsinin yaradılması və ölkəmizin dahi şəxsiyyətlərinə həsr edilmiş barelyeflərin quraşdırılmasının Kişineu şəhərinin gözəlliyinə töhfə verdiyi, kompleksin Kişineu şəhərinin memarlıq incisinə çevrildiyi və paytaxt sakinlərinin heyranlıqla izlədiyini bildirib. Daha sonra o, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında müstəsna xidmətlərindən bəhs edərək Səfirliyin qarşısında ucaldılmış ümummilli liderin büstü önünə gül dəstəsi qoyub.

 

Görüşdə İ.Çeban Azərbaycan-Moldova münasibətlərinin genişləndirilməsi çərçivəsində hər iki ölkənin paytaxtları arasında əməkdaşlıq müqaviləsinin imzalanması təşəbbüsünü bildirib. Paytaxt Bakıda bir neçə dəfə olduğunu qeyd edən Kişineu meri müasir binalarla, eləcə də tarixi tikililərlə zəngin paytaxtımızın gözəlliyindən təsirləndiyini, Bakının siyasi, iqtisadi, mədəniyyət və idman tədbirlərinin mərkəzinə çevrildiyini dilə gətirib. İki şəhər arasında təmasların dərinləşməsi məqsədilə İ.Çeban Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

 

Eyni zamanda, görüşdə İ.Çeban tərəfindən azərbaycanlı həmkarının cari ilin 13-17 oktyabr tarixində Kişineu şəhərində keçiriləcək iqtisadi forum, Kişineu şəhəri günü və şərab festivalına dəvəti müzakirə edilib. O, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyətinin tədbirlərə dəvət edilməsində maraqlı olduğunu dilə gətirib, rəsmi dəvət məktublarının yaxın gələcəkdə səfirliyimiz vasitəsilə ünvan sahiblərinə göndərilməsini xahiş edib. 

 

Bundan əlavə, görüşdə iyul ayında Moldovadakı səfirliyimizin qarşısındakı bağçada dahi Azərbaycan şairi Nizami Gəncəvinin barelyefinin təntənəli açılışının keçirilməsi ilə bağlı razılığa gəlinib, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50 Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək 30 İyul 2021, 15:47 Avtobus yolu keçən piyadanı VURDU 30 İyul 2021, 15:43 “YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü 30 İyul 2021, 15:41 Xəzərdə batan var - Axtarış aparılır 30 İyul 2021, 15:40 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 30 İyul 2021, 15:36 Xaçmazda əhalinin 33 faizinə peyvənd vurulub 30 İyul 2021, 15:36 Şuşanın ərazi planlaşdırma layihəsi jurnalistlərə təqdim olundu 30 İyul 2021, 15:34 "124 milyondan çox insan yoxsulluq səviyyəsinə düşüb" - Quterreş 30 İyul 2021, 15:29 Dünyanı nüvə başlığı ilə qorxudan ölkələr – YENİ SİYAHI 30 İyul 2021, 15:26 Türkiyə səfiri Azərbaycana təşəkkür etdi 30 İyul 2021, 15:20 ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb - FOTOLAR 30 İyul 2021, 15:14 YAP-dan Eldəniz Səlimovun polislə insidentinə REAKSİYA 30 İyul 2021, 15:08 Mehriban Əliyeva: “Türkiyə xalqına güc və səbir diləyirəm!” 30 İyul 2021, 15:02 Prezident İsmayıllıya 5,6 milyon manat ayırdı 30 İyul 2021, 14:56 Tokio-2020: Boksçumuz yarımfinalda 30 İyul 2021, 14:50