Modern.az

Ermənistanın taleyi həll olunur: Növbədənkənar seçki başladı

Ermənistanın taleyi həll olunur: Növbədənkənar seçki başladı

Aktual

20 İyun 2021, 08:19

Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. 

 

Modern.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, 12 saat ərzində ermənilər baş nazir postuna layiq bildiyi şəxsin blokuna səs verməklə həm parlamenti, həm də yeni hökuməti formalaşdıracaqlar. Səsvermə müddəti 12 saatdır.

 

Bu zaman kəsiyində seçicilər 21 partiya və 4 siyasi blok arasında seçim etməlidirlər. Parlamentə düşmək üçün siyasi partiyalar 5, bloklar isə 7 faizlik səddi keçməlidirlər. Seçkilər axşam saat 8-də başa çatacaq.

Növbədənkənar seçkilərdə əsas rəqabətin hazırda baş nazir səlahiyyətlərini idarə edən Nikol Paşinyanla keçmiş prezident Robert Koçaryan arasında gedəcəyi proqnozlaşdırılır.

Birinci prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresinin siyahısına başçılıq edir.

İkinci prezident Robert Koçaryan "Ermənistan" blokunun siyahısında ilk sıradadır.

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan "Vətəndaş sazişi" partiyasının lideridir.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə "Şərəf duyuram" bloku ilə qatılır.

Seçkilərdə iştirak edən partiya və blokların tam siyahısı:


"Ermənistan" bloku,
"Vətəndaş sazişi" partiyası,
"Şərəf duyuram" bloku,
"Ədalətli Ermənistan" partiyası,

Erməni Milli Konqres partiyası,

Milli Xristian Partiyası "Zartonk" ("Oyanış"),

"Azadlıq" partiyası,

"Mənim şərəfim var" bloku,

"Birləşmiş Vətən" partiyası,

"Ümumerməni Milli Dövlətçiliyi" partiyası,

"Maariflənmiş Ermənistan" partiyası,

"Evimiz - Ermənistan" partiyası,

"Respublika" partiyası ,

"Erməni Vətəni" partiyası,

Azad Vətən bloku,

Çiçəklənən Ermənistan partiyası,

Ermənistan Demokratik partiyası,

"Milli Mühafizəkar Hərəkatı 5165" partiyası ,

Sosial Demokrat Partiyası "Vətəndaş Qərarı",

Demokratlar İttifaqı Şirinyan-Babajanyan bloku,

"Milli Gündəm" partiyası

"Oyanış" partiyası,

Liberal Partiya,

Ermənistanın Avropa partiyası,

"Milli Demokrat Qütb" partiyası,

Suveren Ermənistan partiyası.

Parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə 7% səs toplamalıdır.

Erkən seçkilər üçün 2 milyon 578 min 678 vətəndaş seçici siyahısına daxil edilib. .


Tural

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü