Arxiv
20 İyun 2021, 18:08 | AKTUAL
Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı

İyunun 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd), inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilib.

 

Modern.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

 

İmtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumata görə, rezidenturaya qəbul imtahanında 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

 

Dövlət qulluğuna qəbul imtahanında isə 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

 

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Dövlət qulluğuna və rezidenturaya qəbul imtahanlarının nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

 

Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri yazı bloku üzrə esselərin (və ya vizual məlumatın təsvirinin) yoxlanılması prosesi də başa çatdıqdan sonra, 1 həftə ərzində elan olunacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fars körfəzində insident: tanker ələ keçirildi 3 Avqust 2021, 23:54 Rusiyalı sərhədçilər Zəngəzura yerləşdirilib 3 Avqust 2021, 23:40 “Neftçi” Avroliqada ilk matçını qazana bilmədi 3 Avqust 2021, 23:06 FHN-in qrupu Denizlidə yanğınları söndürür 3 Avqust 2021, 22:41 Nazirlik rəsmisi yanğınla bağlı çağırış etdi 3 Avqust 2021, 22:15 Pentaqonda atışma: 1 nəfər öldü 3 Avqust 2021, 22:03 Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu 3 Avqust 2021, 21:42 Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO 3 Avqust 2021, 21:25 Ən populyar smartfon istehsalçıları məlum oldu 3 Avqust 2021, 21:01 FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR 3 Avqust 2021, 20:37 Peyvənd olunanların sayı açıqlandı 3 Avqust 2021, 20:28 Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR 3 Avqust 2021, 20:19 Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ 3 Avqust 2021, 20:15 İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi 3 Avqust 2021, 19:57 Türkiyədə 8 yanğın ocağı qalıb 3 Avqust 2021, 19:36 32 naməlum şəhid məzarının açılmasına qərar verildi - RƏSMİ 3 Avqust 2021, 19:11 Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 19:02 DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52