Modern.az

Bakıda Türkiyə-İsveçrə matçı başladı

Bakıda Türkiyə-İsveçrə matçı başladı

20 İyun 2021, 20:01

AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda qrup mərhələsinin üçüncü oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və İsveçrə milliləri qarşılaşır.

 

Qeyd edək ki, iyunun 12-də Bakıda keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0 hesabı ilə məğlub olmuşdu.

 

Bu oyunlardan başqa, Bakıda iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.

 

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır