Modern.az

Canavar çox ziyankar və qorxaq heyvandır

Canavar çox ziyankar və qorxaq heyvandır

Aktual

21 İyun 2021, 16:23

Mən insanların qarğanın 300 yaşamasına inandığını görəndə (XXI əsrdə?!) heyrət etdim və “Qarğa və Qartal” adlı bir yazı yazdım. İndi də canavarın mərd, cəsarətli, qorxmaz, hətta ailəcanlı (?!) heyvan olduğunu eşidəndə təəccüb edirəm və bu məsələyə aydınlıq gətirmək istəyirəm.

Beləliklə,..

Əvvəla, canavar mərd yox, çox ziyankar heyvandır. Qoyun sürüsünə hücum edəndə, bir canavar 30-40 qoyunu boğur (boğazından dişləyib öldürür!), ancaq birini götürüb gedir. Təbii ki, bu canavarın sözün əsl mənasında, ziyankar olduğunu göstərmir. Məlum olduğu kimi, ziyankarlıq təbiətə yox, cəmiyyətə xas xüsusiyyətdir. Sadəcə olaraq, qoyun ətindən pis iy gəlir, inək ətindən isə gəlmir. Odur ki, canavar inək-buzovu boğub dərhal yeməyə başlayır. Qoyun-quzunun isə birini boğur, o birini boğur, iy gəlməyəni axtarır. Bu proses təhlükə - çoban gəlincəyə qədər uzanır. Canavar da dərhal quzuların birini boğazlayıb dalına atır və aradan çıxır...

Sonra, canavar cəsarətli yox, qorxaq heyvandır. Canavarın qorxmaz olması haqqında nağıllar isə uydurmadır. Məsələ ondadır kiı, canavarın erkəyi dişisindən iki dəfə böyük və güclü olur. Dişi canavarın adi it boyda olduğunu nəzərə alsaq, canavarın qorxmazlığının səbəbi də aydın olur. Erkək canavar sadəcə olaraq, özündən 2 dəfə kiçik və zəif olan itlərdən qorxmur. Amma ayıdan, qaplandan, hətta adi qabandan qorxur və onlarla rastlaşmamağa çalışır. Canavar yalnız dəstə ilə qorxmazdır, maral, sığın kimi böyük heyvanları ovlayır. Canavar yaşadığı arealda ən yaxşı iybilən vəhşidir və bu xüsusiyyəti ona ov ovlamağa və təhlükədən qaçmağa kımək edir.

Və canavarın “ailəcanlı” olması haqqında. Qeyd etmək lazımdır ki, canavar sürü ilə yox, dəstə ilə yaşayır. Canavar dəstəsi qış düşəndə, yem qəhətə çəkiləndə, birgə ov etmək məqsədilə yaranır. Dəstədə 7-8, maksimum 13-14 canavar olur. Bir qayda olaraq, erkəklərin biri başçı olur və alfa-erkək adlanır. Alfa-erkəkdən başqa sürüdə bir alfa-dişi də olur və ona yaxınlaşmaq bütün erkəklərə qaqdağan olunur. Bu qaydanı pozan erkəklər dəstədən qovulur və yalquzaq olur. Alfa-erkək isə bütün dişilərə yaxınlaşa bilir, amma alfa-dişi ilə nəsil verir. Yaz gəlib yem artan kimi dəstə dağılır, hər erkək öz dişisini götürüb nəsil verməyə başlayır. Canavarın yaşadığı arealda yem az, balalar çox (4 baş) olduğundan, onlara erkək və dişi canavar birlikdə baxır. Canavarın “ailəcanlı” olması haqqında nağıllar da yəqin burdandır...

Qalib ARİF 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi