Modern.az

Polis əməkdaşı xidməti silahla özünü güllələdi

Polis əməkdaşı xidməti silahla özünü güllələdi

Hadisə

21 İyun 2021, 19:57

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib.

 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

 

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?