Modern.az

ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar

ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar

21 İyun 2021, 20:33

ABŞ Belarusa qarşı sanksiyaları genişləndirib, 16 fiziki şəxs, 5 idarə və təşkilat “qara siyahı”ya düşüb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.

 

ABŞ o cümlədən Belarus DTK-sına, Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına və s. sanksiya tətbiq edib.

 

ABŞ-ın yeni sanksiyalarına Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont və parlamentin yuxarı palatasının sədri Natalya Koçanova, Belarus DTK-sının “Alfa” xüsusi təyinatlı bölməsinin komandiri Sergey Zubkov, Minsk polis rəisi Mixail Qrib və Belarus ədliyyə nazirinin müavini Sergey Kalinovski, eləcə də Belarusun baş prokuroru Andrey Şved məruz qalıb.

 

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirərək 78 fiziki və 8 hüquqi şəxsi “qara siyahı”ya əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir