Modern.az

Ərdoğandan Qərbə Qarabağ ÇAĞIRIŞI

Ərdoğandan Qərbə Qarabağ ÇAĞIRIŞI

Qarabağ

21 İyun 2021, 20:43

“Səhərə yaxın Bakıya çatdıq. Bir neçə saat sonra da Azərbaycan Prezidenti qardaşım Əliyevlə birlikdə işğaldan azad edilən Şuşa şəhərinə hərəkət etdik. Həm Brüsseldən birlikdə gəldiyimiz, həm də birbaşa Azərbaycana gələn heyət üzvlərimizlə birlikdə quru yolu ilə Şuşaya gedərkən işğal və müharibə dönəminin dağıntılarını, acılarını, nəticələrini şəxsən görmə imkanı tapdım".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Azərbaycana səfəri barədə danışarkən bildirib.

 

"Təxminən 30 il sürən işğal zamanı Qarabağa və qəsb edilən Azərbaycan torpaqlarına bir mismar da çalınmaması ilə yanaşı, var olan mirasın da vəhşicəsinə məhv edildiyini gördük.

Hər tərəfin necə dağıdıldığını, yandırıldığını gördük. Bütün bunlarla yanaşı, dünyaya, birinci dərəcədə isə Qərbə deyirəm: “Gəlin, lütfən, Qarabağı görün”. Minsk Qrupunun buraları təkrar-təkrar görməsi lazımdır. Kim nələri 30 ildə nə hala gətirib, bunu görün”, - deyə Türkiyə dövlət başçısı bildirib.

 

Ərdoğan Zəngəzur dəhlizindən də söz açıb:

 

"Şuşa Baş Konsulluğunun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin ən qəsa zamanda xidmətə açılmasına qədər bütün prosesləri yaxından izləyəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı