Arxiv
23 İyun 2021, 16:52 | AKTUAL
Hacıqabulun iki kəndinin su problemi həll edilib - FOTO

“Azərsu” ASC tərəfindən Hacıqabul rayonunun Qızılburun və Qarasu kəndlərində içməli su layihələri həyata keçirilib.

 

Qurumdan Modern.az-a verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Hacıqabul rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Qızılburun və Qarasu kəndlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

 

Hacıqabul rayonunun Qızılburun kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Vaxtilə kəndin bir hissəsinə Kür-Bakı magistral kəmərindən su verilib. Lakin mərkəzləşdirlilmiş su şəbəkəsi olmadığından sakinlər fərdi çəkilmiş xətlərdən istifadə edib. Tikinti qaydalarına və texniki normalara cavab verməyən, bəzi hallarda bir neçə həyətyanı sahədən keçən xətlərlə sudan normal qaydada istifadə etmək mümkün olmurdu. Bəzi hallarda sakinlər içməli suyu maşınlarla almaq məcburiyyətində qalırdı.

 

Kür-Bakı magistral kəmərindən qidalanan Qarasu kəndində də mərkəzləşdirilmiş paylayıcı şəbəkənin olmaması, fərdi xətlərin isə yararsız vəziyyətə düşməsi kəndin su təminatında ciddi çətinliklər yaradırdı.

 

Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC tərəfindən Qızılburun və Qarasu kəndlərində içməli su layihələri həyata keçirilib. Qızılburun kəndinin mövcud su təchizatı sisteminin yenidən qurulması məqsədi ilə Kür-Bakı su kəmərindən 3 km magistral su xətti çəkilib, 13 km kənddaxili paylayıcı şəbəkə qurulub və 250-dək ünvana birləşmə verilib. Növbəti mərhələdə hər abunəçi sayğacla təmin olunacaq.

 

Qarasu kəndində icra olunan layihəyə əsasən kənddə 3 km magistral su kəməri, 27 km payılayıcı su şəbəkələrinin tikintisi planlaşdırılıb. Yeni yaradılan şəbəkədən 470 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.

 

Bu layihələr hesabına Qarasu və Qızılburun kəndlərinin 4 mindən çox sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

 

Hacıqabulun iki kəndinin su problemi həll edilib (FOTO) - Gallery Image Hacıqabulun iki kəndinin su problemi həll edilib (FOTO) - Gallery Image Hacıqabulun iki kəndinin su problemi həll edilib (FOTO) - Gallery Image Hacıqabulun iki kəndinin su problemi həll edilib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan diasporu Oxçuçay fəlakətini dünyaya çatdırır  27 İyul 2021, 13:53 Mətbuat Şurası jurnalistin vəfatı ilə bağlı nekroloq yaydı 27 İyul 2021, 13:50 Yeni metro qatarları bu istiqamətdə xəttə buraxılacaq 27 İyul 2021, 13:45 Gömrükdə dollar əməliyyatı - FOTOLAR  27 İyul 2021, 13:40 Azərbaycanlı gənc 6 nüfuzlu universitetə qəbul oldu 27 İyul 2021, 13:35 Prezident Pakistan parlamentinin sədrini qəbul etdi 27 İyul 2021, 13:30 Narazı namizədlərə təkrar imtahan keçiriləcək 27 İyul 2021, 13:26 Amerikalı qubernator İlham Əliyevin qəbulunda - FOTOLAR 27 İyul 2021, 13:22 Sabahın hava PROQNOZU 27 İyul 2021, 13:16 Rövşən Rzayev israilli iş adamları ilə görüşüb 27 İyul 2021, 13:10 Üç ölkənin parlament sədrləri Şəhidlər xiyabanında 27 İyul 2021, 13:04 Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək 27 İyul 2021, 13:01 “Görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir” 27 İyul 2021, 12:56 Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:50 Elektron qolbaq daşıyan məhkum oğurluq etdi 27 İyul 2021, 12:44 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53