Modern.az

Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020

Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020

23 İyun 2021, 22:28

AVRO-2020-nin 1/8 final mərhələsinin daha bir cütü bəlli olub.

 

Apasport.az saytının məlumatına görə, qrup üçüncülərindən rəqibi bilinən ilk komanda Çexiyadır.

 

D qrupunda 3-cü yeri tutan komanda 1/8 finalda Niderlandla görüşəcək. Bu matç iyunun 27-də Budapeştdə təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Bu cütün qalibi iyulun 3-də Bakı Olimpiya Stadionuna 1/4 finalda meydana çıxacaq. Niderland – Çexiya cütünün qalibi bir gün öncə meydana çıxacaq Uels – Danimarka matçında bəlli olacaq.

 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir