Arxiv
24 İyun 2021, 18:45 | AKTUAL
Komitə iclasında 4 məsələ müzakirə olunub

İyunun 24-də  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. 

 

Modern.az xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin birinci müavini, bu komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Milli Məclisə eyni zərfdə daxil olmuş və hamısı birinci oxunuşda müzakirəyə təqdim edilmiş 4 qanun layihəsi daxildir. Dəyişikliklər cənab Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb. Bunlar Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələlərdir.

 

Əli Hüseynli diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər ölkəmizdə məhkəmə-hüquq sistemində davam etdirilən islahatlarla əlaqədar olaraq hazırlanıb. Dəyişiklikləri hazırlayan işçi qrupuna Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev rəhbərlik edib. Ona görə də bu 4 qanuna təklif olunan dəyişikliklərlə bağlı o, özü məlumat verəcək.

 

Gündəlikdəki 4 qanun layihəsi barədə məlumat verən  Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər Yazılı icraat institutunun tətbiqi, Məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, Elektron məhkəmə sisteminin tətbiqi, Müvəqqəti təminat tədbirlərinin görülməsi, İcrada dönüş institutunun yaradılması ilə əlaqədardır. 

 

İşçi qrupunun təhlili göstərdi ki, məhkəmələrdə işlərin uzanmasının əsas səbəbi onların məhkəmələrə hazırlıqsız şəkildə təqdim olunmasıdır. Buna görə də məhkəməyə hazırlıq institutu gücləndirilməli, sübutlar hazırlıq iclasına təqdim olunmalıdır. Burada məqsəd işlərə prosessual qanunvericilikdə müəyyən olunmuş zaman çərçivəsində baxılmasını təmin etmək, vətəndaşların ədalət mühakiməsindən məmnunluq səviyyəsini artırmaq, eyni zamanda cavabdeh tərəflərə özünümüdafiəni qurmağa imkan verməkdən ibarətdir. Yeniliklərdən biri də videokonfrans əlaqə sistemindən istifadə etməklə proseslərin həyata keçirilməsi imkanıdır. Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.

 

Qanun layihələri ətrafında aparılan müzakirələrdə çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Azay Quliyev, Tahir Kərimli və Vüqar İskəndərov təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu dəyişikliklər məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına yönəldilib.

 

İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim olunan dəyişikliklərin iqtisadi aspektlərinə aydınlıq gətirib.

 

Müzakirələrin sonunda gündəlikdəki 4 məsələnin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov və digər rəsmi şəxslər də iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanlar məhkəməyə çıxarılır 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57 Hikmət Hacıyev: “Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişdi” 2 Dekabr 2021, 11:53 ABŞ Dövlət katibi Lavrovla görüşəcək 2 Dekabr 2021, 11:50 2022-ci ilin bayram GÜNLƏRİ açıqlandı 2 Dekabr 2021, 11:45 Üçtərəfli işçi qrup yenidən görüşəcək 2 Dekabr 2021, 11:40 Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib 2 Dekabr 2021, 11:34 Distant təhsil real təhsili əvəz edə bilmir - Nazirdən etiraf 2 Dekabr 2021, 11:28 Ermənistanda YOLUXMA 2 Dekabr 2021, 11:22 Şəhid pilot Beyləqanda dəfn edilir - FOTO 2 Dekabr 2021, 11:18 30 il UNESCO-dan rəy gözlədik - Prezidentin köməkçisi 2 Dekabr 2021, 11:13 Kamran Əliyev Ukraynadadı 2 Dekabr 2021, 11:10 Türkiyədə 6 PKK-çı saxlanıldı 2 Dekabr 2021, 11:08 Bakıda Tərəfdaşlar Forumu keçirilir 2 Dekabr 2021, 11:05 Piyadanı vuran avtomobil “AA” seriyalı deyil – RƏSMİ 2 Dekabr 2021, 11:02
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?