Modern.az

Mənzil, kirayə, tikinti bazarında BAHALAŞMA - 1 kvadratmetri 2951 manatdan başlayan EVLƏR

Mənzil, kirayə, tikinti bazarında BAHALAŞMA - 1 kvadratmetri 2951 manatdan başlayan EVLƏR

İqtisadiyyat

9 İyul 2021, 07:57

İyun ayı ərzində daşınmaz əmlak bazarında ümumilikdə 2.24 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4.94 %-lik qiymət artımı qeydə alınıb.


Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

 

N.İbrahimovun sözlərinə görə, təkrar mənzil bazarında iyunda 1.69 % artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1.23 %-lik azalma müşahidə edilib:

 

“İlkin mənzil bazarında ay ərzində 1.24 %, il ərzində 1.61 % artım olub. Fərdi yaşayış və bağ evlərində ay ərzində 3.8% artım, il ərzində 7.33 % artım qeydə alınıb.

Kommersiya obyektləri bazarında ay ərzində 5.17 %-lik artım, ötən illə müqayisədə isə 14.7 %-lik artım müşahidə edilib.

Torpaq bazarında isə ay ərzində 0.49 % artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.22%-lik azalma qeydə alınıb”.

 

Mənzillərin kirayəsinə gəlincə, ay ərzində 5.13 % artım olub, ötən ilin eyni dövrü ilə müqayisədə artım 11.24 %-dir:


“Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 11.5 % artım, ötən ilin eyni dövrü ilə müqayisədə 14.17 %-lik azalma var.

Kommersiya obyektlərinin icarəsi bazarında ay ərzində 0.96 % artım, il ərzində 3.94 %-lik azalma qeydə alınıb.

Tikinti malları bazarına gəlincə, ay ərzində 0.51 % artım, il ərzində 21.56 % artım var”.

 

N.İbrahimov qiymət artımını ölkədə yaşayışın bahalaşması ilə əlaqələndirib:


“Əgər əvvəllər 1 ailə 1 ay üçün 800-1000 manata birtəhər ayı aya calayırdısa, artıq calaya bilmir. Nəzərə almaq lazımdır ki, tikinti materiallarının maya dəyərində artım var. Bu da sözsüz ki, digər sahələrə də öz təsirini göstərir. Digər tərəfdən, vergi, gömrük rüsumları artıb. Bir sözlə, Azərbaycanda hər şey bahalaşır, daşınmaz əmlak bazarı da ondan geri qalmaq istəmir”.

 

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda bahalı evlərin 1 kvadratmetri 2951 manat, orta bahalıqda olan evlərin 1 kvadratmetri 1910 manat, ucuz evlərin 1 kvadratmetri isə 1321 manatdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır