Modern.az

“Qarabağ Azərbaycanın ən inkşaf etmiş bölgələrindən olacaq” - Deputat

“Qarabağ Azərbaycanın ən inkşaf etmiş bölgələrindən olacaq” - Deputat

9 İyul 2021, 14:44

“Xankəndinin deputatı qismində Azərbaycanda rayonların yeni iqtisadi bölgüsünün aparılması ilə bağlı imzalanmış müvafiq fərmanı tarixi və əhəmiyyətli hesab edirəm”.

Bu sözləri Modern.az-a Milli Məclisin Xankəndi şəhərindən olan deputatı Tural Gəncəliyev deyib.


Onun sözlərinə görə, Qarabağda iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması vacib şərtlərdən biridir:


“Qarabağ iqtisadi rayonuna Xankəndi, Şuşa, Xocalı və digər şəhərlərimizin daxil olunması onun gələcəkdə sürətlənməsinə, inkşaf etməsinə şərait yaradacaq.
Biz bu fərmanla vətəndaşlarımızın tezliklə bərpa ediləcək, iqtisadi inkşafı nəzərdə tutulan rayonlara qayıdışı üçün bir təməl qoyulduğuna şahidlik edirik. Xüsusilə də mənim doğma şəhərim olan Xankəndinin  həmin sənədə müvafiq olaraq Qarabağ iqtidadi rayonunun daxilində qeyd edilməsi onun gələcək inkşafı və çiçəklənməsi baxımından çox əhəmiyyətlidir.

Ümumiyyətlə, müharibədən sonra aparılan quruculuq işlərinə nəzər salsaq, bir daha əminliklə deyə bilərik ki, Azərbaycanın Qarabağ bölgəsi inkşaf edəcək iqtisadi rayonlarımızdan biri olacaq”.

 

Aysel Məhərrəm 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır