Modern.az

Müəllimlərin işə qəbulu üzrə test imtahanının nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə test imtahanının nəticələri AÇIQLANDI

Təhsil

17 İyul 2021, 10:30

5-12 iyul tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, ibtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə daxil olan apellyasiya müraciətlərinə baxıldıqdan sonra müvafiq nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Müsabiqənin növbəti - vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. İndiyədək imtahanlarda müxtəlif fənlər üzrə 20 000-dən çox namizəd iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü