Arxiv
17 İyul 2021, 17:38 | PARLAMENT
Spiker "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşdü - FOTOLAR

İyulun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarət "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Spiker Sahibə Qafarova qaziləri salamlayaraq deyib ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşmək qürurvericidir. "Siz döyüş meydanlarında göstərdiyiniz hünəri bu gün idman meydançalarında davam etdirərək doğma Qarabağımızın adını daşıyan futbol komandası kimi beynəlxalq yarışlarda uğurlar qazanırsınız. Bu, sizin hər birinizin böyük iradə sahibi olduğunuzun sübutu, xalqımızın mübariz ruhunun yenilməzliyinin təsdiqidir", - deyə Milli Məclisin sədri qeyd edib.

 

Sahibə Qafarova deyib ki, 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək 30 illik erməni işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Qalib Azərbaycan əsgərlərinin şücaəti sayəsində Dağlıq Qarabağ problemi artıq tarixə qovuşub. Onun sözlərinə görə, təəssüf ki, müharibə itkisiz olmur. Müharibədə igid övladlarımızı itirdik, hərbçilərimiz arasında xeyli yaralananlar var. Şəhidlərimizin xatirəsini ehtiramla anırıq. Yaralananlara Allahdan şəfa, qazilərimizə möhkəm can sağlığı diləyirik.

 

Görüşdə Milli Məclisin sədri xüsusi vurğulayıb ki, heç bir xəsarət, ağrı-acı insanlarımızı ruhdan sala bilməyib. "Qarabağ Ampute Futbol Klubu" üzvlərinin göstərdiyi nümunə buna parlaq misaldır.

 

Sədr bu dövrdə Azərbaycan parlamentinin bölgə həqiqətlərinin, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə, milli parlamentlərə, beynəlxalq təşkilatlara çatdırılması istiqamətində gördüyü işlərdən, müharibə ərəfəsində qəbul olunmuş qanun, qərar və digər hüquqi sənədlərdən danışıb.
Tədbirdə çıxış edən "Qarabağ Ampute Futbol Klubu"nun icraçı direktoru Abbas Yusifov, komandanın kapitanı Çingiz Məmmədov, baş məşqçi Ramil Həbibov, təsisçi Cəmilə Abdullayeva klubun fəaliyyəti, futbolçuların əldə etdiyi nailiyyətlər, gələcək planları barədə ətraflı məlumat veriblər.

 

Parlamentin sədri klub üzvlərini düşündürən məsələlərlə maraqlanıb, onlara uğurlar diləyib.

 

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33