Arxiv
19 İyul 2021, 13:14 | MƏDƏNİYYƏT
İbrahim Peyğəmbərin yuxusunu yanlış YOZMASI

İbrahim peyğəmbər oğlunun başını üzmək qərarı verəndə bunu yanlış olaraq Tanrı əmrilə etdiyini düşünür. Ümummüsəlman düşüncəsində də bu yanlış fikir var. Ən qəribəsi və təzadlısı budur ki, İbrahimin yanlış düşüncəsi indiki ənənəvi müsəlmanların mütləq əksəriyyətinə sirayət edib. Səbəb müsəlmanların OXU-dan (Quran-dan) uzaq olmalarıdır.


Tanrı heç kimə, hətta öz elçisinə belə rəva görməz ki, sevimli bəndəsi bunca əzazil imtahana tuş gəlsin. Bu, Tanrının sonsuz mərhəmətinə, OXU məntiqinə zidd təsəvvürdür. İbrahim bunu sadəcə yuxusunda görübmüş. Bu, İbrahimə verilən vəhy deyil. Yaşadığı dövrün bütpərəstliyinə əyilmə zəifliyidir ki, yuxularında gördüklərini ilahi güclərdən gələn məlumat, yaxud həyata keçirilməsi vacib olanlar kimi yozurmuşlar.


İbrahimin yuxuda gördüyü Tanrı əmri deyil!


Oğluna yuxusunu nəql edir, övladı da deyir “sənə nə əmr edilirsə, et”. Hər ikisi yuxunu Tanrı əmri kimi yanlışlığa yozur. İmtahan baş verir, amma Tanrı əmrilə deyil, Tanrı nəzarətində olan imtahan.


Müvafiq ayələrin hərfi tərcüməsi: “...Oğlum, yuxuda görurəm boğazını uzurəm. Bax, görəsən, bu nə ola?”. Dedi: “Atacan, sənə nə əmr edilirsə, yetir yerinə. Tanrı istərsə görəcəksən, götürümlü kimsələrdənəm”. Hər ikisi təslim etdi özünü. Oğlunun alnını yerə dirəyən anda səslədik onu: “Ey İbrahim, yuxunu təsdiqlədin. Beləcə əvəz veririk gozəl davrananlara. Bu, hec şəksiz, aşkar sınaqdır ki var!” Suc bahası qıldıq ona böyuk bir qurbanlığı”.

  • 1. Tanrı iradəsi ilə peyğəmbərlərə aid baş verən bütün epizodlarda onlara vəhy verilməsi vurğulanır. Bu epizodda vəhy söhbəti yoxdur, adicə yuxudur.
  • 2. İbrahimlə oğlu yuxuda görüləni vəhy olmadan Tanrı əmri kimi qəbul edirlər. Və bu səbəbdən təslimiyyət halına daxil olurlar.

  • 3. İbrahim Tanrı əmrinə itaətini sübut üçün yuxuda gördüyünü həyata keçirmək istəyir və bununla da yuxusunu əməldə təsdiqləyir. Məlum epizodda İbrahimə aid vəhy məhz bu məqamda, təslimiyyət məqamında səslənir və bir daha vurğulayım, məlum yuxuda “övladının başını kəs” deyə Tanrı vəhyi səslənmir.

  • 4. İbrahim oğlunun ölümdən xilasına səbəb hər ikisinin təslimiyyət halını yaşamasıdır, Tanrıya təslimiyyət halını.

  • 5. İbrahim Tanrıya təslimiyyət halında olduğuna görədir ki, gözəl davranışdır, mükafatlandırılır. Nə ilə? İbrahim övladının xilası ilə.

  • 6. Baş verən sınaqdır. Tanrı istəyilə baş tutan sınaq yox, Tanrı nəzarətində olan sınaq, çünki hər ikisi təslimiyyət halında olanda Tanrı ilə gerçəkdən təmasa daxil olurlar.

    OXU ayələrində keçən “imtahan” sözünün işləndiyi epizodları bir-bir təkrar nəzərdən keçirdim. Bunların hər birində imtahanın – istər inananlar üçün olsun, istər dananlar – Tanrı istəyilə baş verdiyi birmənalı və açıqca vurğulanır. Təkcə bir ayədə, İbrahimlə bağlı yuxarıdakı epizoda aid ayədə bunun Tanrı istəyincə olması açıqca bildirilmir və o üzdən də imtahanın əvvəldən nəzərdə tutulması qəbul edilən deyil.

  • 7. Sonuncu cümləni ənənəvi olaraq “biz ona böyük bir qurbanlığı əvəz verdik” kimi tərcümə edirlər. Zənnimcə, təqdim etdiyim ifadə daha dəqiqdir, çünki OXU-da bir şeyə əvəz vermək mənasında işlənən “fidyə vermək” ifadəsi daha çox günahların yuyulması müqabilində işlənir. Həmin ifadədə də sözügedən feil keçir, bunu “suç bahası” kimi vermək OXU məntiqinə daha uyarlıdır:

    a) Peyğəmbər suç işlədir – yuxuda gördüyünü vəhy kimi qəbul edir, bütpərəstlərə xas düşüncə ilə bunun Tanrıdan olduğunu güman edir;

    b) Az qala daha böyük suç işlədəcəkdi, təslimiyyət halında olduqlarına görə qarşısı alınır;

    c) Tarixdə o zamana qədər insanların ilahlar adına, Tanrı adına insanı qurban verməsi böyük suçdur.

  • 8. Və nəhayət, suç bahası olaraq böyük bir qurbanlıq verilir. “Böyük bir qurbanlıq” ifadəsini necə anlamalıyıq? Qurbanlıq heyvanın həcminə görəmi “böyük” sözü keçir? Əlbəttə, yox. Diqqətimiz yönəldilir hadisənin insanlıq üçün önəminə. İnsanın Tanrı adına qurban verilməsinə son qoyulur bəşər tarixində. Verilən qurbanlığın məcazi mənada “böyüklüyü” bundadır.



    Nəriman Qasımoğlu,
    dinşünas alim


  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Şəhid pilotun məzarı ziyarət olundu - VİDEO 22 Oktyabr 2021, 20:35 Bu peyvənd uşaqlarda 90,7% effektivlik göstərdi   22 Oktyabr 2021, 20:22 Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən VİDEO 22 Oktyabr 2021, 19:56 Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi 22 Oktyabr 2021, 19:43 Bakıda nəzarətsiz qalan azyaşlı xilas edildi 22 Oktyabr 2021, 19:29 Azərbaycanın sədrliyi ilə QDİƏT-in iclası keçirildi 22 Oktyabr 2021, 19:13 Sahibə Qafarovadan Avropa ölkələrinə Ermənistan XATIRLATMASI   22 Oktyabr 2021, 19:02 Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək 22 Oktyabr 2021, 18:53 Azərbaycan əhalisi nağdsız ödənişlərə üstünlük verir 22 Oktyabr 2021, 18:47 Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama 22 Oktyabr 2021, 18:42 Eldəniz Səlimovun işi Ağır Cinayətlər MƏHKƏMƏSİNDƏ 22 Oktyabr 2021, 18:24 İsveçdə reper güllələndi 22 Oktyabr 2021, 18:20 Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub 22 Oktyabr 2021, 18:16 AccessBank 2021-ci il üçün maliyyə hesabatını açıqladı 22 Oktyabr 2021, 18:12 Azərbaycanlı hakim Avropada karantinə alındı 22 Oktyabr 2021, 18:08 Bakıda idmançı zalda ölü tapıldı - FOTO 22 Oktyabr 2021, 18:02 Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirdi 22 Oktyabr 2021, 17:56 Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərini YOXLADI 22 Oktyabr 2021, 17:50 Son sutkada PEYVƏNDLƏNƏNLƏR 22 Oktyabr 2021, 17:47 Yoluxma artdı - 18 nəfər öldü 22 Oktyabr 2021, 17:44 AFFA bu klubları 11 min manat CƏRİMƏLƏDİ 22 Oktyabr 2021, 17:38 Moskvada 20-yə yaxın aviareys təxirə salındı 22 Oktyabr 2021, 17:32 Dolların yeni həftə üçün MƏZƏNNƏSİ 22 Oktyabr 2021, 17:26 Şirvanda “patı” satan şəxs saxlanıldı 22 Oktyabr 2021, 17:20 Vəzifəli şəxslər Şükür Həmidovun məzarını ziyarət etdilər - FOTOLAR 22 Oktyabr 2021, 17:14 Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi 22 Oktyabr 2021, 17:08 Putin baş nazirlə 5 saat nə barədə danışıb? 22 Oktyabr 2021, 17:03 Vətən Müharibəsi qəhrəmanının XATİRƏ GECƏSİ  22 Oktyabr 2021, 16:59 Ərəb mətbuatı Prezidentin Füzuli səfərindən yazdı 22 Oktyabr 2021, 16:54 Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəlidir 22 Oktyabr 2021, 16:51 Moskvada güclü qasırğa: Kremlin divarı zədələndi 22 Oktyabr 2021, 16:46 Azərbaycana iki minaaxtaran it GƏTİRİLDİ 22 Oktyabr 2021, 16:40 50-yə yaxın sürücü və sərnişin CƏRİMƏLƏNDİ 22 Oktyabr 2021, 16:34 Azərbaycan-İran sərhədində silah-sursat aşkarlandı - FOTOLAR 22 Oktyabr 2021, 16:28 Şəhidin xanımı dəfn olundu - FOTOLAR 22 Oktyabr 2021, 16:23