Modern.az

Tələbə köçürülməsi ilə bağlı müraciətlərin sayı AÇIQLANDI

Tələbə köçürülməsi ilə bağlı müraciətlərin sayı AÇIQLANDI

Təhsil

23 İyul 2021, 10:48

İyulun 12-dən bugünədək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 932 müraciət qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

O qeyd edib ki, 932 nəfərdən nəfərdən 6-sı magistratura səviyyəsindən, 63-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 100-ü orta ixtisas təhsili müəssisəsindən, 763 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülən və ya ixtisası dəyişdirilən tələbələrdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür