Modern.az

Kürdəmirdə ağır qəza: 58 yaşlı kişi öldü

Kürdəmirdə ağır qəza: 58 yaşlı kişi öldü

Hadisə

25 İyul 2021, 13:36

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Land Rower” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

 

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 58 yaşlı Şükürov Elman Qüdrət oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin Ucar sakini 29 yaşlı Səfərəliyev Ələkbər Rafiq oğlu isə müxtəlif növ ağır bədən xəsarətləri ilə əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına daha sonra usə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Ölən şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

 

Fakt araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü