Arxiv
27 İyul 2021, 19:34 | AKTUAL
Təhsil tələbə kreditini hansı bankların verəcəyi məlum oldu

Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi ilə hansı bankalrın məşğul olacağı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli əsədovun təsdiq etdiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən təhsil tələbə krediti (TTK) üzrə bank əməliyyatları seçilmiş müvəkkil bank tərəfindən həyata keçiriləcək.

 

Müvəkkil bankın seçilməsi meyarları aşağıdakılardır:

 

- kreditlərin verilməsi ilə bağlı əməliyyatların aparılmasına dair lisenziyanın olması;

- 1 (bir) ildən yuxarı davamlı bank fəaliyyətinin mövcudluğu;

- prudensial normativlərə və tələblərə əməl edilməsi;

- regionlarda filial şəbəkəsinin olması;

- beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olması.

 

TTK-nin maliyyələşdirilməsi, bu sahədə xidmət və TTK-nin geri qaytarılması dövründə həmin vəsaitlərin müvəkkil bank tərəfindən Fonda köçürülməsi Fond və müvəkkil bank arasında bağlanılan baş saziş əsasında həyata keçiriləcək. Müvəkkil bank TTK-nin maliyyələşdirilməsi üçün tələb olunan vəsait barədə baş sazişdə nəzərdə tutulmuş müddətdə Fonda müraciət edir və tələb olunan sənədləri Fonda təqdim edəcək.

 

Fond müvəkkil bankın müraciətini və təqdim olunan sənədləri yoxladıqdan sonra 3 (üç) iş günü ərzində tələb olunan vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin edəcək. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edəcək. Müvəkkil bankla Fond arasında qarşılıqlı öhdəliklər Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə əhatə olunur.

 

Borcalanların müvəkkil bank qarşısında öhdəliklərini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil bank və Fond baş sazişlə müəyyən edilmiş öhdəliklərini bu Qaydanın 7.15-ci bəndi nəzərə alınmaqla yerinə yetirməlidirlər.

 

Müvəkkil bank bu Qaydada və Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə kredit inzibatçılığı ilə bağlı müəyyən edilmiş tədbirləri həyata keçirməli və bu barədə məlumatları elektron sistemə daxil etməlidir. Bu öhdəliklərin müvəkkil bank tərəfindən yerinə yetirilməməsi və ya qismən icra edilməsi hallarının kreditin defoltuna səbəb olduğu müəyyən edildiyi halda, Fond defolt olunan kredit üzrə məbləği müvəkkil bankdan geri tələb etmək hüququna malikdir. Bu hallar Fondun cəlb etdiyi kənar audit tərəfindən müəyyən edilir.

 

Müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar haqqında” qanunun 82-ci maddəsinə uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalist Elnur Əşrəfoğlunun son vəziyyəti AÇIQLANDI 27 Sentyabr 2021, 11:54 Bakıda hərbçilərin yürüşü BAŞLADI 27 Sentyabr 2021, 11:51 Yaxın günlərdə Tağıyevin heykəlinin açılışı olacaq - Eldar Əzizov 27 Sentyabr 2021, 11:45 Gülüstan Əliyeva 30 ildən sonra ərinin Cəbrayıldakı məzarını tapdı - FOTOLAR 27 Sentyabr 2021, 11:44 Türk Şurasının XİN rəhbərləri şəhidləri yad ediblər 27 Sentyabr 2021, 11:43 “27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu” - Ceyhun Bayramov 27 Sentyabr 2021, 11:38 Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdi 27 Sentyabr 2021, 11:34 Almaniyada hökumət necə qurulacaq? – 3 mümkün ssenari AÇIQLANDI 27 Sentyabr 2021, 11:32 Səyyad Əlizadənin kürəkəni: “Həkimlər əlindən gələni edir, amma...” 27 Sentyabr 2021, 11:27 Xalq qəhrəman şəhidlərini yad edir - FOTOLAR 27 Sentyabr 2021, 11:26 Transgender deputat seçildi - FOTO 27 Sentyabr 2021, 11:23 ABŞ səfiri şəhidlərimizi ziyarət etdi 27 Sentyabr 2021, 11:20 Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti 27 Sentyabr 2021, 11:14 Qanunsuz işləyən süd qəbulu məntəqəsini BAĞLANDI 27 Sentyabr 2021, 11:08 Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03
SORĞU Hansı vaksinə etibar edirsiniz?