Modern.az

Sahibə Qafarova Türkiyə və Pakistandan olan həmkarlarına təşəkkür etdi

Sahibə Qafarova Türkiyə və Pakistandan olan həmkarlarına təşəkkür etdi

27 İyul 2021, 23:26

"Bu gün Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirildi. Görüşün sonunda Bakı Bəyannaməsi imzalandı. Hesab edirəm ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova özünün feysbuk səhifəsində yazıb.

 

"Mən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünün keçirilməsi barədə təşəbbüsümə verdikləri dəstəyə və dəvətimi qəbul edərək bugünkü tədbirə təşrif buyurduqlarına görə dəyərli həmkarlarım cənab Mustafa Şentop və cənab Əsəd Qeysərə və rəhbərlik etdikləri nümayəndə heyətlərinə təşəkkür edirəm", - spiker bildirib.

 

T.İSMAYIL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu