Modern.az

Ermənistanda ağır qəza: 3 hərbçi yaralandı

Ermənistanda ağır qəza: 3 hərbçi yaralandı

Dünya

28 İyul 2021, 19:26

 

Avtomobil qəzası nəticəsində Ermənistan silahlı qüvvələrinin üç zabitinin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı barədə məlumat ictimaiyyətdən gizlədilir.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

 

Belə ki, rəhbərlik tərəfindən faktın ört-basdır edilməsi narazılığa səbəb olduğundan, qəza barədə zabitlərin qohumları və hadisənin şahidləri sosial şəbəkələrdə paylaşım ediblər.

 

Məlumatda qeyd olunub ki, avtomobil qəzası nəticəsində yaralanan hərbi hissənin qərargah rəisi və komandirin texnika üzrə müavini ağır vəziyyətdə hospitala çatdırılıb. Üçüncü hərbi qulluqçu isə müayinədən sonra evlərinə buraxılıb. Hadisənin şahidləri bildiriblər ki, qəzaya uğrayan avtomobil tam yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılsa da, yaralanan hərbçilərin vəziyyəti barədə heç bir rəsmi aşıqlama verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır