Modern.az

Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020

Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020

Aktual

29 İyul 2021, 00:01

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

 

Modern.az xəbər verir ki, yarışın 7-ci günündə 17 dəst medal sahibini tapacaq.

 

Bu mükafatlardan birinə Azərbaycan idmançısı da iddia edir. Cüdoçu Zelim Kotsoyev ölkəmizə ilk medalı qazandırmaq üçün mübarizəyə qoşulacaq.

 

Bu gün qüvvəsini sınayacaq 2-ci Azərbaycan təmsilçisi isə Məhəmməd Abdullayevdir. Boksçumuz Tokioda ikinci görüşündə də qələbə qazanmaq üçün rinqə çıxacaq.

 

29 iyul


06:00. Cüdo. Kişilər, 100 kq. 1/16 final. Zelim Kotsoyev – Aleksandr İddir (Fransa)
07:03. Boks. Kişilər, +91 kq. 1/8 final. Məhəmməd Abdullayev – Bahodir Calolov (Özbəkistan)

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!