Modern.az

Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu

Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu

29 İyul 2021, 07:25

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

 

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir