Modern.az

MİQ imtahanlarında 5 sualda uyğunsuzluq AŞKARLANDI

MİQ imtahanlarında 5 sualda uyğunsuzluq AŞKARLANDI

Təhsil

29 İyul 2021, 12:00

“MİQ imtahanlarında cəmi 5 sualda uyğunsuzluq aşkarlanıb. Ona görə də, 6000 namizədə əlavə ballar müəyyən edilib”.

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov nazirliyin feysbuk üzərindən yayımladığı canlı müzakirədə deyib.

 

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə imtahanlarda vaxt azlığından şikayətlənən namizədlərlə razılaşmadığını söyləyib:

 

“Bizdə oxu sürəti kifayət qədər aşağıdır və oxuyub anlama məsələsi də var. Buna görə, imtahanlarda daha çox vaxt lazım olduğunu irəli sürürlər. Halbuki dünyada qəbul olunmuş standartlar var, biz işi sürətli görməyi bacarmalıyıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi