Modern.az

Putin yanğına görə Ərdoğana zəng vurdu

Putin yanğına görə Ərdoğana zəng vurdu

31 İyul 2021, 13:48

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, ölkə liderləri Türkiyənin cənub rayonlarında baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyəti müzakirə ediblər.

 

Rusiya və Türkiyənin təbii fəlakətlə mübarizədə əməkdaşlığının vacibliyi qeyd olunub.

 

Bundan əlavə, Putin Rusiyanın Türkiyəyə meşə yanğınlatının söndürülməsində hərtərəfli köməyi davam etdirəcəyini təsdiqləyib. Ərdoğan hərtəfli dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür