Modern.az

Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq

Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq

31 İyul 2021, 21:22

"Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

"Buradan gedən və orada olan jurnalistlərimizdən xahiş edirik ki, yanğının və tüstünün gur olan yerlərinə doğru hərəkət etməsinlər. Bu, onların həyatı üçün çox təhlükəlidir" - deyə nazir müavini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır