Modern.az

Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu

Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu

Aktual

31 İyul 2021, 21:38

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

 

Modern.az qurumun saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

 

Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2656) isə 87-ci, Rauf Məmmədov (2 654) 91-ci pillədə qərarlaşıb.

Siyahıya Maqnus Karlsen (Norveç, 2847) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

 

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 2460 xalla 26-cı, Gülnar Məmmədova (2385) 77-ci, Xanım Balacayeva (2376) isə 91-ci pillədə yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı