Modern.az

Bir gündə 8,5 milyard ton buzlaq əridi

Bir gündə 8,5 milyard ton buzlaq əridi

1 Avqust 2021, 11:08

Qlobal iqlim dəyişikliyinin təsiri altındakı Qrenlandiyada bir gündə 8,5 milyard ton buzlaq əriyərək, okeana qarışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb.

 

Əriyən buzlaq ABŞ-ın Florida ştatını 5 santimetr hündürlüyündə su ilə örtəcək qədər böyük həcmə malikdir.

 

Şərqi Qrenlandiyada isə bütün zamanların ən yüksək temperaturu qeydə alınıb – 19,8 dərəcə.

 

Ümumilikdə, iyun ayından indiyədək 100 milyard ton buzlaq əriyərək okeana qarışıb, bununla dəniz səviyyəsi yüksəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI