Modern.az

“Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov

“Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov

1 Avqust 2021, 17:24

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi