Modern.az

Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL

Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL

Aktual

2 Avqust 2021, 11:40

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.

 

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat Xidmətindən Modern.az-a verilən rəsmi məlumata görə, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.

 

AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.

 

“Azərbaycan Hava Yolları” bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi