Modern.az

Tağı Əhmədovun səhhəti pisləşib? - Özündən AÇIQLAMA

Tağı Əhmədovun səhhəti pisləşib? - Özündən AÇIQLAMA

Aktual

2 Avqust 2021, 12:46

“Mən indi işdəyəm, heç bir şikayətim yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirilməsilə bağlı iddialara cavab verərkən deyib.

 

T.Əhmədov qeyd edib ki, bəzi saytlar yeni sensasiya axtarırlar. 

 

***

 

12:22

 

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirilib.

 

Modern.az xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kordiologiya şöbəsində müayinəsinə başlanılıb.

 

Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır