Modern.az

Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO

Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO

2 Avqust 2021, 18:21

Azərbaycanın fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev avqustun 2-də Marmaris rayonunun Turqut bölgəsindəki yanğın ərazisində olub.

 

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, dəniz səviyyəsindən təxminən 830 metr hündürlükdə yerləşən ərazini ziyarət edən nazir müavini hadisə yerinə baxış keçirib.

 

Etibar Mirzəyev azərbaycanlı jurnalistlərə müsahibəsində Türkiyəyə qardaş yardımına gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin ikinci qrupunun yanğın bölgəsi istiqamətində hərəkət etdiyini və qısa vaxtda müvafiq işlərə başlayacağını deyib.

 

Nazir müavini bildirib ki, böhran mərkəzində Türkiyə rəsmiləri ilə mövcud vəziyyət müzakirə ediləcək, Azərbaycan heyətinin fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq. O, əminliklə vurğulayıb ki, peşəkar və təcrübəli Azərbaycan yanğınsöndürənləri təyinat məntəqəsində yanğınların qarşısının alınmasına qısa vaxtda nail olacaqlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?