Modern.az

Rus icması: ““Vladmir Volfoviç” adı müalicəsi olmayan diaqnoz halına gəlib!”

Rus icması: ““Vladmir Volfoviç” adı müalicəsi olmayan diaqnoz halına gəlib!”

Aktual

3 Avqust 2021, 12:07

Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin bəyanatla çıxış edib.

 

Modern.az xəbər verir ki, bəyanat Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın ünvanına səsləndirdiyi təxribatçı sözlərlə bağlı olub.

Bəyanatın mətnini təqdim edirik.

 

Rusiya Liberal Demokrat Partiyasının əvəzsiz sədri , partiyaya sədrlik etdiyi 30 il ərzində diktator vərdişləri ilə seçilən Vladimir Jirinovski “Komsomolskaya Pravda Radio”suda çıxışı zamanı  Azərbaycana və ölkə rəhbərliyinə qarşı bir sıra açıq təxribat xarakterli çıxışlar edib.

 

Vladimir Jirinovskinin bəyanatı kobus siyasi təxribat xarakterlidir və Azərbaycanıa Rusiya arasında mehriban qonşuluq və strateji parnyorluq prinsiplərinə zidddir, iki ölkə xalqı arasında qarşılıqlı hörmət və dostluq münasibətlərinə qarşıdır.

 

Rusiya parlamentarisinin siyasi savadsızlığı və məsuliyyətsizliyi onun qaçınılmaz siyasi iflasına gətirib çıxaracaq. Bu yanaşması artıq uzun müddətdir ki, Jirinovskini Cənubi Qafqazda mürəkkəb məsələlərin həllində, beynəlxalq təhlükəsizliyin və uzunmüddətli sülhün bərqəraqr olmasında maraqlı olmayan dairələrin, anti-Azərbaycan qüvvələrinin əlində rupora çevirib.

 

Prinsipcə, Jirinovskinin kimin sifarişini yerinə yetirdiyin bilirik. Azərbaycanda Vladimir Jirinovskinin 2012-ci il 14 sentyabrda Moskvadakı erməni diasporunun mitinqi zamanı Azərbaycan xalqına qarşı terror aktları törədilməsinə çağırış etməsi və s. təxribatçı çıxşlarını yaxşı xatırladırlar.

 

 

Jirinovskinin bir sıra dövlət və xalqlara qarşı kobud ittihamları ona beynəlxalq aləmdə nəinki məsuliyyətsiz siyasi xadim, həm də hərəkətlərinin nəticəsibarədə düşünməyən qeyri-adekvat insan reputasiyası yaradıb. “Vladmir Volfoviç” adı artıq müalicəsi mümkün olmayan diaqnoz halına gəlib!

 

Azərbaycan beynəlxalq hüquqa tam uyğun şəkildə 44 günlük Vətən Müharibəsi sırasında öz ərazi bütövlüyünü və suverenitetini bərpa edərək tarixi torpaqlarının qanunsuz işğalına son qoydu. Ölkənin bütün siyasi qüvvələri, o cümlədən, müxalifət partiyaları ölkə prezidenti cənab İlham Əliyevin strateji kursunu dəstəkləmələri barədə bəyanatla çıxış etdilər.

 

Volfoviçin etik norma çərçivələrini aşan, şovinist ritorikası dəfələrlə diplomatik gərginliyə, eyni zamanda millətlərarası düşmənçiliyə, Rusiya Federasiyasının daxilində ültramillətçi əhval-ruhiyyəyə yol açırdı.  

 

Fərqli millətlərdən və dinlərdən olan Azərbaycan vətəndaşları, o cümlədən ruslar prezident İlham Əlievə dərin hörmət hissi bəsləyir, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə minnətdarlıqla yanaşır. Önəmli məqam, səmimi, xoşməramlı, yardımsevər, başqa millətlərə, dinlərə böyük hörmətlə yanaşan doğma ölkəsi və xalqı ilə fəxr edirlər.

 

Biz azad, demokratik ölkədə öz qardaşlarımız – Azərbaycan xalqı ilə çiyin-çiyinə yaşayırıq. Azərbaycan xalqına hələ əcdadları tərəfindən xalqın ruhuna aşılanan dərin multikulturalizm keyfiyyətlərinə görə minnətdardır.

 

Məhz buna görə də rus gəncliyi də digər millətlərdən olan gənclər kimi həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində heç nə düşünmədən öz azərbaycanlı qardaşları ilə çiyin-çiyinə ərazi bütövlüyünün müdafiəsinə qalxdı, çoxları xalqın xoşbəxtliyi və firavanlığı üçün öz canının verdi.

 

Nə Rusiya, nə Vladmir Volfoviç, nə də Volfoviç kimi digər destruktiv qüvvələr Azərbaycan xalqının iradəsinə, onun prezidentinə, Silahlı Qüvvələrin ali baş komandanı İlham Heydər oğlu Əliyevə sevgi və sərhədsiz sadiqliyinə təsir göstərə bilməz”.

 

Mixail Zabelin

Milli Məclisin deputatı

Azərbaycanın Rus icmasının sədri

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir