Arxiv
3 Avqust 2021, 15:10 | AKTUAL
Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan böyük britaniyalı siyasətçi və hüquqşünas, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Heydər Kərimlə görüşüb.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonağa məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli ölkə başçısının sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident Mehriban Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara böyük qayğı və diqqət göstərir. Qeyd olunub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

 

Böyük britaniyalı siyasətçi səmimi qəbula görə təşəkkürünü bildirib, ölkəmizə “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması və digər prioritet məsələlər üzrə əməkdaşlıq və iş birliyi üçün müzakirələr aparmaq niyyəti ilə gəldiyini deyib. İşğaldan azad olunmuş ərazilərə gedəcəyini vurğulayan Səccad Heydər Kərim Azərbaycanın mövcud həqiqətləri ilə yaxından tanış olmaq, mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istədiyini diqqətə çatdırıb.

 

Avropalı qonağın Dövlət Komitəsinin fəaliyyəti, məcburi köçkünlərlə bağlı mövcud vəziyyət, onların reinteqrasiyası barədə sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürüblər 21 Sentyabr 2021, 00:50 TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü 21 Sentyabr 2021, 00:31 “Pfizer” 5-11 yaş qrupları üçün də effektivdir 21 Sentyabr 2021, 00:23 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 21 Sentyabr 2021, 00:14 Livanda yeni hökumətə etimad göstərildi 20 Sentyabr 2021, 23:57 Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusdan ölüb 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 Bayden Makronun etirazına məhəl qoymur 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirəyə çıxarıldı 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47
SORĞU Hansı vaksinə etibar edirsiniz?