Arxiv
3 Avqust 2021, 17:34 | AKTUAL
Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir

“44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın 30 illik müstəqillik tarixinin  vərəqlənməsini bir zərurətə çevirməklə yanaşı, belə bir həqiqəti də təsdiqlədi ki, dövlətin qətiyyəti, dəyişməz mövqeyi uğurların davamlılığında  əsas faktordur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu ndər Heydər Əliyevin  siyasi kursunun davamçısı Prezident İlham Əliyev düşünülmüş siyasəti ilə müstəqilliyimizin əbədiliyi naminə köklü islahatları  davam etdirir.  Bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır.”

 

Modern.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

M.Həsənov qeyd edib ki, tarixi Zəfərimiz Azərbaycanı dünyaya qalib ölkə, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevi qalib Lider,  ordumuzu ən güclü, qüdrətli ordu, xalqımızı məğrur, yenilməz xalq kimi təqdim etdi: “Qələbəmizin memarı cənab  İlham Əliyev  Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyini bildirir. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində  qurulan möhkəm təməl bugünkü uğurlarımızın əsasıdır.  Bu gün bəhrəsini verən islahatların təməli sabitlik və inkişaf dövrü kimi xarakterizə olunan 1993-2003-cü illərdə  qoyulub. Azərbaycan bu gün təkmil islahatları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qərarlaşdırır. Azərbaycan xalqı dünyanın xoşbəxt  xalqları sırasında yer alır. Reytinqlər gələcəyə baxış üçün stimuldur. Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələri əhatə edirsə, bu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin gərgin səylərinin, zəhmətinin bəhrəsidir.”

 

Deputat onu da əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərin təcrübəsi müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir:

 

“Müstəqil siyasət müstəqilliyin əsas amilidir. Belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq.  Azərbaycanın nümunəsi  bir çox ölkələr üçün cəlbedicidir. Ölkəmiz istər müharibə şəraitində yaşadığı dövrdə, istərsə də postmüharibə mərhələsində sözünün imzası qədər böyük əhəmiyyəti olduğunu təsdiqləyib. Artıq Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq diktə edən tərəf kimi çıxış edən Azərbaycan dünya siyasətinə  yenilikləri ilə diqqətdədir.”

 

“Azərbaycanın istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də iki ilə yaxındır ki, dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi   zamanlarda qəbul etdiyi qərarlara, irəli sürdüyü təşəbbüslərə diqqət yetirmək kifayətdir” söyləyən M.Həsənov vurğulayıb ki, hazırda ölkə və dünya mətbuatında müzakirə olunan yeni əməkdaşlıq formatının- parlamentlərarası əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinin təşəbüskarı da Azərbaycandır: “Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin toplantısının sonunda imzalanan Bakı Bəyannaməsi perspektivləri özündə ehtiva edir.  Yeni parlament formalaşdığı vaxtdan ölkəmizin dayanıqlı inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına, Zəfərin yaratdığı yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə öz töhfəsini vermək üçün səylərini artırır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətlərinin Şuşaya səfərləri və buradan ünvanladıqları mesajlar da olduqca əhəmiyyətlidir. Hazırkı dövrün əsas çağırışlarından biri  Vətən müharibəsi ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır.”

 

Millət vəkili qanunverici orqanın həyata keçirilən islahatlardan kənarda qalmaması üçün  ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təşəbbüsü əsasında 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərinin Azərbaycan  üçün yeni olduğunu da önə çəkərək bildirib ki, hər bir addımın atılması üçün zərurət lazımdır: “Bu gün Milli Məclisin və hökumətin buraxılacağı ilə bağlı səsləndirilən fikirlər təəccüb doğurmaya bilməz. Dövlətimiz, xalqımız işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə səfərbər olunduğu, parlamentin məhsuldar fəaliyyətini davam etdirdiyi bir zamanda belə qeyri-ciddi fikirlərin gündəmə gətirilməsinin əsası yoxdur.”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56 İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO 18 Sentyabr 2021, 12:50 23 yaşlı azərbaycanlı Ukraynada itkin düşdü - FOTO 18 Sentyabr 2021, 12:42
SORĞU Hansı vaksinə etibar edirsiniz?