Modern.az

Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO

Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO

Aktual

4 Avqust 2021, 23:19

Türkiyədə davam edən yanğın Milas rayonunundakı Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə CNN-Türk məlumat yayıb.

 

Qeyd olunub ki, güclü külək yanğının genişlənməsinə səbəb olub, alovlar Kemerköy İES-in ərazisinə keçib.

 

Yanğının İES-də partlayışa səbəb olmaması üçün öncədən təhlükəsizlik tədbirləri görülüb. İES-in ətrafında xəndəklər qazılıb, işçilər və yaxınlıqdakı yaşayış yerlərindəki əhali təxliyə olunub.



Qeyd edək ki, 3 qurğudan ibarət 630 MW gücdə olan Kemerköy İES-in gündəlik yanacaq tələbatı 21 600 tondur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır