Modern.az

Anar Rzayevə vəzifə verildi

Anar Rzayevə vəzifə verildi

Aktual

5 Avqust 2021, 09:41

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.

 

Modern.az-ın məlumatına görə, Anar Rzayev DANX-da müavin təyin edilib.

 

Qeyd edək ki, Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb. 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub.

 

Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır