Arxiv
5 Avqust 2021, 13:41 | AKTUAL
Xüsusi təyinatlılar Naxçıvanda təlim keçirdi - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

 

Modern.az xəbər verir ki, taktiki-xüsusi təlimin mövzusu mülki əhali arasında çaxnaşma yaratmağa və təxribat törətməyə hazırlaşan şərti düşmənin təxribat-diversiya qrupunun gizləndikləri binada zərərsizləşdirilməsi olub.

 

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri və binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.

 

Əldə edilmiş kəşfiyyat məlumatına əsasən təxribatçı qruplar yaşayış məntəqələrinə yaxın ərazidəki tərk edilmiş binada gizləniblər.

 

Şərti düşmənin təxribat cəhdlərinin qarşısının alınması məqsədilə xüsusi təyinatlı qruplar fərqli istiqamətlərdən və helikopterlərlə terrorçuların gizləndikləri binaya daxil olaraq müxtəlif atəş vasitələrindən istifadə etməklə təxribatçıları zərərsizləşdiriblər.

 

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetiriblər.

 

Təlimin gedişində antiterror əməliyyatlarının icrası zamanı yaralanan hərbi qulluqçulara çevik şəkildə tibbi yardım göstərilib və yaralıların təxliyəsi həyata keçirilib.

 

Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar müxtəlif silah nümunələrini ələ keçirib və təxribatçıların bir neçəsini əsir götürüblər.

 

Beləliklə də diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təxribatçıları tam tərkibdə zərərsizləşdirməklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.

 

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda və Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş döyüş atışlı birgə taktiki təlimlərin hər iki qardaş ölkənin hərbi qüdrətinin nümayişi olduğunu diqqətə çatdırıb. Böyük öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və hərbi qulluqçularımızın peşəkarlıqlarının artırılmasına xidmət edən kurslarda birliyimizin və bərabərliyimizin ifadəsinə çevrilib.

 

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə keçirilən taktiki-xüsusi təlimin uğurla başa çatması Türkiyə Respublikasının Sparta və Kayseri şəhərlərində, Naxçıvandakı Dağ Təlim Mərkəzində təşkil edilmiş kurslarda və 44 günlük Vətən müharibəsində qazanılan döyüş təcrübəsinin peşəkarlıqla tətbiq edilməsinin əyani göstəricisidir.

 

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10 Ötən gün ölkədə 60-a yaxın yanğın olub 25 Sentyabr 2021, 12:02 Sahibə Qafarova Qazaxıstanda səfərdədir 25 Sentyabr 2021, 11:55 Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi 25 Sentyabr 2021, 11:48 İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib 25 Sentyabr 2021, 11:34 Həmsədrlər nazirlərin görüşü ilə bağlı BƏYANAT yaydılar 25 Sentyabr 2021, 11:27
SORĞU Hansı vaksinə etibar edirsiniz?