Modern.az

Rusiya sərhəddəki hadisələrə görə narahatdır

Rusiya sərhəddəki hadisələrə görə narahatdır

Aktual

5 Avqust 2021, 17:29

Rusiya tərəfi Ermənistanla Azərbaycan sərhədində silahlı insidentlərin artmasından narahatdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov deyib.

 

"Rusiya son vaxtlar Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində baş verən silahlı insidentlərin artmasından ciddi narahatlıq keçirir. Hər iki tərəfdən insan itkisi ilə müşayiət olunması xüsusilə narahatlıq doğurur. Təəssüf ki, atılan bütün addımlara baxmayaraq, sərhəddə gərginlik hələ də səngiməyib”, - deyə Bikantov bildirib.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri son həftələrdə Kəlbəcər və Naxçıvan istiqamətində təxribatlar törətməyə davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır